Kolumbiyanın şimal-qərbində Antiokia departamentində “Black Hawk” helikopterinin qəzaya uğraması nəticəsində 4 polis əməkdaşı həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Kolumbiya Milli Polis rəisi Uilyam Rene Salamanka “X” səhifəsində yazıb.
"Kolumbiyanın müdafiəsi üçün mayor Xuan Morales, kapitan Sezar Rodriges və iki baş idarəçi Feder Celis və Rafael Qonzales “Black Hawk” helikopterinin qəzaya uğraması nəticəsində həyatlarını qurban verdilər", - Morales yazıb.
"Ölkənin rifahı üçün çalışan bu insanların ailələrinə səmimi başsağlığı verirəm" deyə Kolumbiya Prezidenti Qustavo Petro “X”-də yazıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Tural