Amerikalı sahibkar İlon Mask mobil rabitədən istifadəni dayandıracağını və əvəzinə “X” sosial şəbəkədən istifadə edəcəyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, öz bloqunda yazıb.
"Bir neçə aydan sonra mən telefon nömrəmi deaktiv edəcəyəm və yalnız mətn və audio/video zənglər üçün “X”-dən istifadə edəcəyəm", - Mask deyib.
Mask beə qərarı hansı səbəbdən verdiyini açıqlamayıb.