İsrail Müdafiə Nazirliyi və ABŞ hökuməti İsrail Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün 25 yeni F-35 döyüş təyyarəsi tədarükü barədə razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə TASS yəhudi dövlətinin hərbi idarəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
“Müqavilə dəstək və texniki xidmət də daxil olmaqla "Lockheed Martin" tərəfindən istehsal olunan 25 "F-35" təyyarəsini əhatə edir”, - bəyanatda deyilir.
Sənəddə həmçinin bildirilir ki, təyyarələrin tədarükü 2028-ci ildə başlayacaq və ildə üç-beş təyyarə tədarük ediləcək. Müqavilə məbləği təxminən 3 milyard dollar qiymətləndirilir, maliyyə Amerikanın İsrailə yardım fondlarından gəlir.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden demişdi ki, İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında əməliyyatı öz siyasi səbəbləri ilə davam etdirir. O əlavə edib ki, onunla Netanyahu arasında Fələstin -İsrail münaqişəsinin iki dövlətli həlli ilə bağlı “böyük fikir ayrılıqları” var .
Hüseyn İbadlı