İtaliya Superkubokunun finalında "İnter" "Napoli"ni məğlub edib.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Avval Park” stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.
Beləliklə, “neradzurri”nin baş məşqçisi Simone İnzagi 5-ci dəfə bu titulu qazanaraq, turnirin rekorduna imza atıb. Əvvəllər Marçello Lippi və Fabio Kapello bu siyahıda lider idilər. Onların hər biri dörd dəfə Superkubokun qalibi olmuşdu..