Məşhur britaniyalı rok musiqiçisi Ozzi Osborn vəfat edib.
Qutb.az bu barədə "Sky News"a istinadla xəbər verir.
"Black Sabbath" rok qrupunun təsisçilərindən və olan britaniyalı musiqiçi 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, qrup klassik tərkibdə iyulun 5-də Birmingemdəki "Villa Park" stadionunda vida konserti keçirmişdi.
Osborn iki dəfə Böyük Britaniya Musiqi Şöhrət Zalına və ABŞ-nin Rok-n-Roll Şöhrət Zalına daxil edilib.
Onun Hollivud Şöhrət Xiyabanında ulduzu var və beş "Grammy" mükafatı qazanıb.