09.04.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Əli Kərimlinin cangüdəni saxlanıldı - FOTO

22 mar 2025 14:00
HADİSƏ
ads
Advertisement

AXCP sədri Əli Kərimlinin ictimai əsaslar üzrə mühafizəçisi Kənan Zeynalovun ( Kənan Basqal) saxlanıldığı barədə xəbər yayılıb.

Qutb.az xəbər verir ki, onun ötən axşam Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində törədilmiş hadisəyə görə saxlanıldığı bildirilir.

Faktı DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Anar Qafarov APA-ya təsdiq edib.

Məlumata görə, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur