Türkiyənin şimalındakı Zonquldak vilayətinin Ereğli qəsəbəsində sahildən 60 metr aralıda Ukraynaya məxsus dəniz minası tapılıb.
Publika.az DHA-ya istinadla xəbər verir ki, səlahiyyətlilər xüsusi təyinatlı sualtı qayıqların partlayıcı qurğunu çıxara bilməsi üçün yerli çimərliyi müvəqqəti bağlayıb.
Şəhər sakinləri iyunun 29-da dənizdə beş metr dərinlikdə mina aşkar ediblər. Sualtı qayıqlar sursatı İstanbuldan gələn istehkamçılara təhvil veriblər və onları partladıblar. Təhlükəli tapıntıya görə çimərlik şənbə günündən bazar gününə kimi bağlanıb.
Bundan əvvəl BMT Qara dənizdə minaların sürüklənməsi ilə bağlı narahatlığını bildirib.
Hüseyn İbadlı