Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra rəsmi şəxslər sözügedən xəstəxanaya baş çəkiblər.
Publika.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzinə gələrək hadisə yerinə baxış keçiriblər.
Xatırladaq ki, yanğın zamanı mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.