02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Rusiyada terror aktı törətmək üçün Gürcüstandan partlayıcı göndərdilər: Sifarişçi kimdir?

05 fev 2024 10:00
GÜNDƏM
ads

Terror aktı törətmək üçün partlayıcı maddələrin Rusiyaya daşınmasını sifariş edən şəxsin adı açıqlanıb.

Publika.az xəbər verir ki, bu, Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasından olan deputat Andrey Şaraşidzedir.

Bu barədə bazar ertəsi, fevralın 5-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. İdarə maddələrin daşınması ilə Gürcüstan, Ermənistan və Ukrayna vətəndaşlarının məşğul olduğunu qeyd edib.

Xatırladaq ki, qadağan olunmuş yükün çəkisi 14 kiloqram olub. Odessadan Voronejə göndərilib. Gürcüstan hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayıcılar Rusiya ərazisində terror aktı törətmək üçün nəzərdə tutulub. Lakin respublikanın Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, cinayətkarlar bundan Gürcüstan ərazisində də istifadə edə bilərdilər.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur