Alimlər evdə çox istifadə edilən ətirli şamların insan sağlamlığına təsirini araşdırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma nəticəsində şamların tərkibindəki qoxuların miqren və tənəffüs xəstəlikləri riskini artırdığı üzə çıxıb.
Elm adamları ətirli şamların siqaret tüstüsü qədər zəhərli maddə buraxdığını bildirib:
"Havalandırması zəif, bağlı pəncərələrdə və kiçik məkanlarda yandırılan şamlar havanı çirkləndirir, astma və ekzema kimi müxtəlif xəstəliklərin riskini artırır. Göz və boğaz qıcıqlanması, tənəffüs xəstəlikləri riski artırır”.
Mütəxəssislər “hər gün şam yandırmayın və ya yandırdıqdan sonra otağı yaxşıca havalandırın" - deyə, xəbərdarlıq edib.
Ətirli şamların qoxusu təkcə havada qalmır, həm də yerə, xalçalara və ya mebelə hopur. Xüsusilə yerdə oynayan uşaqlar bu maddələrə məruz qalır.
Gülnar