“Bavariya”nın 28 yaşlı hücumçusu Kinqsli Koman klubu tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “L’Equipe” internet nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Münhen klubu futbolçunu transferə çıxarıb. “Bavariya” rəhbərliyi hücumçunun tez-tez zədələnməsindən yorulub. “Kristal Pelas”dan Maykl Olizin gəlişindən sonra klubun yeni baş məşqçisi Vinsent Kompaninin qarşıdakı mövsümdə futbolçuya güvənməyəcəyi güman edilir.
Ötən mövsüm cinah yarımmüdafiəçisi bütün yarışlarda 27 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.