Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən bildirib.
“Ekstraregionalistlər Cənubi Qafqaza öz gündəlikləri ilə gəlirlər ki, bu da, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Bu gün Qərb ölkələri açıq qarşıdurma xarakterli anti-Rusiya gündəliyi ilə Cənubi Qafqaza doğru irəliləyir. Biz inanırıq ki, bu, Transqafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək”, - Qaluzin bildirib.
“Biz hesab edirik ki, regional təhlükəsizlik müvafiq region dövlətlərinin səyləri ilə ən səmərəli şəkildə təmin edilə bilər. Biz həm təhlükəsizliyin təmin edilməsi, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq”, - diplomat əlavə edib.
Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu bildirib ki, Ermənistan Parisin Kiyevə tədarük etdiyi Fransanın SEZAR özüyeriyən artilleriya sistemlərinin alınması üçün Fransa ilə müqavilə imzalayıb. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Fransa-Almaniya müdafiə konserni KNDS ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlamışdı. Müqavilənin təfərrüatları açıqlanmayıb.
Tural