Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Publika.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək.
"Atletiko" ilk görüşdə məğlub olduğu "İnter"i qəbul edəcək. "Borussiya" (Dortmund) isə Eyndhovendə heç-heçə etdiyi PSV ilə doğma meydanda qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl "Bayern", PSJ, "Mançester Siti", "Real", "Arsenal" və "Barselona" 1/4 finala vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası: 1/8 final cavab oyunları
13 mart
00:00 Atletiko - İnter (ilk oyun - 0:1)
00:00 Borussiya D - PSV (ilk oyun - 1:1)
Heybət