"Futbolda mavi vərəqələr tətbiq olunacaq və onların alınması on dəqiqəlik diskvalifikasiya ilə nəticələnəcək".
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" yazır.
Bildirilir ki, mavi vərəqə açıq-aydın taktiki faul törətmək və ya hakimlə aydın mübahisələr üçün göstərilə bilər.
Tezliklə gənclər və qadınlardan ibarət komanda turnirlərində, eləcə də aşağı liqalarda mavi vərəqələrin sınaqdan keçirilməsinə başlanılacaq.
Hüseyn İbadlı