29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Maket yoxsa balina: Bakı bulvarındakı nəhəng balıq əslində... - AÇIQLAMA


11 noy 2024 12:25
GÜNDƏM
ads
Advertisement

Xəzər dənizində dünən görünən balina artıq bu gün səhər saatlarından etibarən sahildədir. Bunun maket və ya ölü balina olduğu ilə bağlı fikirlər var. 


Maraqlıdır, həqiqətən də Xəzərdə balina var?


QUTB.AZ-ın məlumatına görə, əslində bu,  COP29 ərəfəsində diqqət çəkmək üçün "Captain Boomer" əsəridir.


Məsələ ilə bağlı müsahibəsində ekoloq Qorxmaz İbrahimli deyir ki, Xəzər dənizində balina olması imkansızdır:

"Xəzər dənizində balinalar yaşamır. Xəzər dənizinin milyon illər əvvəl okeanla əlaqəsi kəsilib. Orda balinanın qalığı tapılmış olsaydı doğru ola bilərdi, çünki Böyük Qafqaz dağlarının arasında balina qalığı tapılıb ki, o vaxt dünya okeanı ilə 70-80 milyon il əvvəl bir bağlantı olub. Hazırda orada balinanın görünməsi və bu gün də sahildə olması ilgincdir. Çünki Xəzərdə ən yaxşı halda böyük nərə balığı ola bilər. Ən azından illərdir Xəzər dənizində təhqiqat gedir. Bir dəfə də olsa, balina görünməyib və balina tam okean sakinidir. Hətta Qara dənizdə, Azov dənizində ola bilər, çünki orda delfinlər var, amma Xəzərdə imkansızdır".

Teglər
Müəllif : Aynur Babayeva
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur