Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somalidə ballistik raket və kosmik raketləri sınaqdan keçirmək üçün kosmos baza quracaqları ilə bağlı açıqlama verib.
QÜTB.AZ xəbər verir ki, Ərdoğan bununla bağlı Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclasında çıxış edib.
Türkiyənin ballistik raket proqramı uzun mənzilli sınaqlar tələb edir, ona görə də baza böyük əhəmiyyət kəsb edir. Somalinin Afrika qitəsinin şərq ucunda yerləşməsinin Hind okeanına doğru irəliləmək üçün ideal olduğu bilinir. Ölkə ekvatora yaxın yerləşdiyindən kosmodrom üçün də əlverişli hesab edilir.
Ekvator yaxınlığında keçiriləcək sınaqlar da kosmik raketlərin uçuş məsafəsini və effektivliyini artırmağa kömək edəcək. Layihənin dəyərinin 6 milyard dollar civarında olduğu təxmin edilir.
Layihə reallaşarsa, ənənəvi olaraq qlobal güclərin hakim olduğu kosmos yarışında Türkiyə öz varlığını sübut edəcək.
Bundan əlavə, Ərdoğan türk dənizçilərinin somalililərə balıq tutmağı öyrədəcəyi ilə bağlı da məlumat paylaşıb. Kifayət qədər təbii limanlara malik olmayan Somalidə balıqçılıq sənayesi digər dövlətlər tərəfindən istismar kimi istifadə olunur.
Roza