PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe Madrid klubuna keçərsə, "Real"ın vingeri Vinisius Junior satıla bilər.
Publika.az xəbər verir ki, Britaniyanın məşhur "Sky Sports" kanalı onun xidmətində maraqlı olan "Mançester Yunayted"in transfer üçün ödəməyə hazır olduğu məbləği açıqlayıb.
Bildirilir ki, "qırmızı şeytanlar" Vinisiusun keçidinə görə Madrid təmsilçisinə 135 milyon funt sterlinq (158,5 milyon avro) təklif edəcək. Bu da dünya futbol tarixinin ən bahalı üçüncü anlaşması ola bilər. Çünki "Los Blankos" bu varianta isti yanaşır.
Hazırda ən bahalı transfer Neymarın adı ilə bağlıdır. PSJ onu heyətinə qatmaq üçün "Barselona"ya 222 milyon avro ödəyib. İkinci yerdə də Paris təmsilçisidir. Fransa nəhəngi "Monako"nun futbolçusu Mbappeni heyətinə qatmaq üçün 180 milyon avrosundan keçmişdi.
Xatırladaq ki, Vinisius 2018-ci ildən "Real"da çıxış edir. "Qalaktikos" onu 45 milyon avro müqabilində "Flamenqo"dan transfer edib.
Heybət