“Ipsos” araşdırma şirkəti "Dünyanı narahat edən nədir?" adlı sorğunun nəticələrini açıqlayıb.
Publika.az xəbər verir ki, yanvarın 26-dan fevralın 9-dək keçirilən sorğu çərçivəsində onlayn sistem vasitəsilə təxminən 25 min iştirakçıya ölkələrindəki vəziyyətlə bağlı narahatlıqları və fikirləri soruşulub.
Sorğuda iştirak edən 29 ölkə nümayəndəsinin 34 faizi qiymət artımını əsas narahatlıqlarından biri kimi seçib.
Argentina, Sinqapur, Kanada, Avstraliya, Türkiyə, Polşa, Fransa, Cənubi Koreya, Böyük Britaniya, ABŞ və Almaniya inflyasiyada ən çox narahat olan ölkələrdir.
Həmin ölkələrdə hər 10 nəfərdən üçü (30 faiz) cinayət və zorakılığı öz ölkələri üçün narahatlıq doğurduğunu bildirib. Bu da ötən ayla müqayisədə bir qədər çoxdur.
Üçüncü olaraq isə ən böyük narahatlıqlardan biri kimi işsizlik seçilib. 29 ölkədə hər dörd nəfərdən biri (26 faiz) ən böyük narahatlıqlarından birinin işsizlik olduğunu bildirib.
İqlim dəyişikliyi 17% narahatlıq kimi göstərilib ki, bu da keçən ayla müqayisədə cüzi artım deməkdir.
Beçinci yerdə isə hərbi münaqişələr dayanır. Münaqişələr bu ay reytinqdə 13-cü yerdən 11-ci yerə yüksəlib, hətta artıq terroru qabaqlayır.
Roza Şəfiyeva