29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Zamiq Hüseynov mahnı üçün ödəniş edib, amma Xalq artisti...

11 mar 2024 00:00
GÜNDƏM
ads
Advertisement

Müğənni Zamiq Hüseynov Xalq artisti Briliant Dadaşova ilə ikisinə eyni mahnının təqdim olunmağından danışıb.

Publika.az xəbər verir ki, ifaçı ödəniş edib aldığı mahnını Dadaşovanın ifasında eşidib və müəlliflərə müraciət edib. Bu haqda o, “Xəbər ətər” verilişində söz açıb.

“Bir mahnı var idi, mənə göndərdilər. Müəllifi YAP10 (red. Zamiq Əliyev) idi. Pulunu verib alıram, göndərirəm aranjimana. Həmin vaxtda köməkçim Fuad zəng edib deyir ki, sən o mahnımı dəqiq almısan? Dedim artıq aranjimanın da pulunu vermişik. Dedi ki, Brilliant xanım radioda bu mahnını oxuyur. Yığdım dedim ki, ayıbdır, niyə 2 dəfə satırsınız? Məlum oldu ki, Brilliant xanıma göndəriblər, üstündən zaman keçir, baxırlar ki, xəbər çıxmayıb, mənə də göndəriblər. O ərəfədə də Brilliant xanım deməmiş mahnını oxuyub. Dedilər, bunu mediaya çıxardaq. Dedim, onu elə bir sənətkar oxuyub ki, o mənim hansısa mahnımı da oxusa, səsimi çıxarmaram. Bu mahnı mənim mahnım deyil, bu mahnı Brilliant xanımın mahnısıdır. Dedim pulu qaytarın. Sonra onun əvəzinə başqa mahnı göndərdilər”, - deyə o bildirib.

Qeyd edək ki, Hüseynov sözügedən nəğmənin adını gizli saxlayıb.

Daha ətraflı videoda:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur