13.06.2024-cü il tarixində saat 22:00 radələrində Xətai rayonunda yaşayış binasında lift qırılması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Publika.az xəbər verir ki, TƏBİB-dən "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Xəsarət alanların vəziyyəti ətraflı dəyərləndirildikdən sonra əlavə məlumat veriləcək.
xxx
23:56
Bakıda “Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov 29/42 ünvanında yerləşən "Şərur" MTK-a məxsus yaşayış binasında liftin trosu qırılıb.
Publika.az xəbər verir ki, nəticədə içərisində 8 nəfər olan lift kabinəsi yerə çırpılıb.
İlkin məlumata görə, kabinədə olan şəxslər xəsarət alıblar.
Əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.