“Əl-Əhli” klubunun “Real”ın futbolçusu Vinisius Juniorla bağlı planı məlum olub.
QÜTB.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi braziliyalı ulduzu heyətinə qatmaq üçün İspaniya nəhənginə 350 milyon avro ödəməyə hazırlır. Bu barədə “Give me Sport” məlumat yayıb.
“Əl-Əhli” yay transfer pəncərəsində Vinisiusu əsas transfer hədəfi hesab edir.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən Madrid klubunda çıxış edir. Onun “Real”la müqaviləsi 2027-ci ilin yayına kimidir.
Qutb