Kamala Harris hələ dünən ABŞ prezidentliyinə namizədliyini açıqlayıb, amma artıq bu gün ABŞ-dəki ən böyük erməni lobbi təşkilatı olan ANCA onu və bütün Demokratlar Partiyasını şantaj edir.
Publika.az “Trend”ə istinadən xəbər verir ki, təşkilat Harrisə qarşı ultimatum irəli sürərək bildirib ki, onların "şərt"lərini yerinə yetirəcəyi təqdirdə Amerika ermənilərinin dəstəyinə arxalana bilər.
Ermənilər yenə “köhnə mahnı”nı oxuyurlar - Azərbaycana qarşı hansısa "sanksiya"lar tələb edirlər. Bundan başqa, indi onlar ermənilərin ABŞ-nin rəhbərliyi altında Qarabağa qaytarılması üzrə hansısa BMT missiyasının göndərilməsinə nail olmaq istəyirlər. Bu missiyanın məqsədi heç ermənilərin özünə də aydın deyil.