İspaniyanın baş naziri Pedro Sançes Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Publika.az xəbər verir ki, Sançes “X” hesabında prezident Ərdoğanla danışığı ilə bağlı şərh verib:
“Onunla iyunda hər iki ölkənin Madriddə keçirəcəyi hökumətlərarası sammiti təhlil etdim. Bu, İspaniya ilə Türkiyə arasında gözəl münasibətlərin möhkəmlənməsinin daha bir nümunəsidir. Bundan başqa, İspaniya tərəfindən Fələstin dövlətinin tanınması, bölgədə zorakılığa birdəfəlik son qoyacaq sülh razılaşmasının əldə olunmasının vacibliyini də müzakirə etdik”.
Aysel Şahmar