“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.
QÜTB.AZ xəbər verir ki, rusiyalı mütəxəssis Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).
Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).
Qutb