Türkiyə Superkubokunun “Qalatasaray” – “Fənərbağça” matçına VİP qonaq qismində dəvət alanlar Səudiyyə Ərəbistanından vaxtında ayrıla bilməyib.
Publika.az xəbər veririk, Ər-Riyad rəhbərliyi naməlum səbəblərdən hər iki klubun nümayəndələri, həmçinin funksionerlər və fəxri qonaqların olduğu təyyarənin Türkiyəyə uçuşunu təxirə salıb.
Nəticədə sərnişinlər təyyarənin qalxması üçün təxminən beş saat gözləməli olublar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Türkiyə Superkuboku baş tutmayıb. Yerli hakimiyyət orqanlarının müasir Türkiyə dövlətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün təsviri olan köynəklərlə meydana daxil olması ilə bağlı razılığa gəlmədiyi üçün qarşılaşma ləğv edilib.