AÇ-2024-ün İngiltərə - İsveçrə yığmaları arasında 1/4 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Publika.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı İngiltərə yığmasının üzvü Bukayo Saka olub.
Qeyd edək ki, Saka İngiltərə - İsveçrə matçının 80-ci dəqiqəsində İngiltərə yığmasının bərabərlik qolunu vurub. Oyun penaltilər seriyasına qədər uzanıb və İngiltərə komandası 5:3 hesabla yarımfinala vəsiqə qazanıb.