"Real" və "Barselona" arasında keçirilən İspaniya Superkubokunun final matçı madridlilərin vingeri Vinisius Junior üçün bir sıra məqamlarla əlamədar olub.
Publika.az xəbər verir ki, ilk hissədə braziliyalı hücumçu het-trik edib. Bununla Madrid klubu tarixində "Barsa" ilə matçlarda het-trik edən ilk braziliyalı olub.
Vinisius eyni zamanda, 21-ci əsrdə baş tutan "El Klasiko"ların ilk 39 dəqiqəsində het-trik etməyi bacaran yeganə futbolçu kimi tarixə düşüb.
Braziliya millisinin üzvü "Barselona" ilə matçın 10-cu dəqiqəsində dubl edib. O, bu göstəricidə yalnız Qari Linekerdən geri qalıb. 1986/87 mövsümündə ingilis futbolçu "Barsa" formasıyla "El Klasiko"da 4 dəqiqə 48 saniyəyə 2 dəfə fərqlənib.
Heybət