06.02.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi

30 yan 2025 02:00
GÜNDƏM
ads

Nyu-Cersi ştatının keçmiş ermənipərəst senatoru Robert (Bob) Menendez 11 il müddətinə azadlıqdan məhrum edilib.

QÜTB.AZ "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Manhettendə federal məhkəmə qərar verib.

O, korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham edilib. İttiham tərəfi Menendezə 15 il həbs cəzası istəyib. Hakim Sidni Steyn isə keçmiş senatoru maksimum müddətə cəzalandırmayıb.

Menendezin şərikləri - Nyu-Cersidə tərtibatçı Fred Deybs və Amerika vətəndaşı olan misirli iş adamı Vael Hana da həbs edilib. Onlar müvafiq olaraq 7 və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, R.Menendez rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunub. Onun rüşvət kimi qızıl külçə, nağd pul, bahalı saatlar və avtomobil qəbul etdiyi bildirilib.

Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Menendez uzun illər ABŞ-dakı erməni lobbisinin əsas simalarından biri olub.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
143 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur