29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Fazil Mustafa İlham Əliyevi təbrik etdi

07 fev 2024 20:00
GÜNDƏM
ads

Böyük Quruluş Partiyası bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda deyilir:

“07.02.2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Böyük Quruluş Partiyası partiyanın sədri Fazil Mustafanın namizədliyi ilə təmsil olunub. Seçki öncəsi imzaların toplanması prosesinə aktiv şəkildə qatılan partiya fəalları MSK tərəfindən müəyyən ediləndən daha çox sayda vətəndaş imzaları toplayaraq aidiyyəti üzrə təhvil verib və Fazil Mustafanın namizədliyinin qeydə alınmasına nail olub. Partiyanın vahid namizədi Fazil Mustafanın təbliğat-təşviqat prosesi də aktiv şəkildə qurulub və maneəsiz şəkildə ölkənin müxtəlif regionlarında fərdi və kollketiv şəkildə seçicilərlə görüşləri keçirilib.

Bu görüşlərdən əlavə mətbuat, televiziya, radio, internet televiziyaları və saytlar, sosial şəbəkələr və canlı təmaslarla aparılan təbliğat-təşviqat işi məhsuldar şəkildə başa çatdırılıb. Prezidentliyə namizəd Fazil Mustafa və onun vəkili, səlahiyyətli nümayəndələri, partiyamızın aktiv üzvləri tərəfindən keçirilən görüşlərdə və təbliğat işlərində minlərlə vətəndaşla təmas qurulub, onların problemləri dinlənilib və namizəd tərəfindən canlı debatlarda, sosial şəbəkələrdə vətəndaaş müraciətlərindəki problemlər ictimailəşdirilib.

Seçkidən əvvəlki prosesdə Böyük Quruluş Partiyasının sədri, Prezidentliyə namizəd Fazil Mustafanın aktiv təbliğat işinə dövlət qurumları tərəfindən hansısa maneə yaradılmayıb və təzyiqlər göstərilməyib.

Böyük Quruluş Partiyası seçkini yüzlərlə müşahidəçi ilə canlı müşahidə edib, həmçinin veb-kameralar quraşdırılmış məntəqələr partiyamızın üzvləri tərəfindən davamlı izlənilib və müşahidəçilərin gün ərzində verdiyi məlumatlar namizədimiz Fazil Mustafanın Seçki qərargahında analiz edilib. Müşahidə apardığımız 6 mindən çox məntəqədə və ölkənin bütün seçki dairələrində seçkinin nəticəsinə təsir edə biləcək ciddi qanun pozuntuları tərəfimizdən qeydə alınmayıb. Lakin çox az sayda seçki məntəqələrində müşahidəçilər arasında konfliktlərə, korlanmış seçki bülletenlərinin seçicilər tərəfindən dəyişdirilməsi tələbi ilə baş verən mübahisələrə və MnSK protokolunun surətinin müşahidəçilərə gec təqdim edilməsi hallarına rast gəlinib. Bu kimi halların seçkinin nəticələrinə təsir etmədiyi qənaətinə gələn Partiyanın seçki qərargahının üzvləri seçki prosesini ümumilikdə müsbət və qanunauyğun xarakterizə edib.

Partiyanın seçki qərargahının üzvləri müşahidəçilərimizin rəyinə əsasən belə hesab edir ki, bu Prezident seçkiləri demokratik rəqabət mühitində keçirilmiş və seçki prosesində hər hansı ciddi qanun pozuntuları qeydə alınmayıb. Biz, Böyük Quruluş Partiyasının sədri prezidentliyə namizəd Fazil Mustafanın seçki qərargahı olaraq bu Prezident seçkilərinin ilkin nəticələrini tanıyır, səsvermənin ilkin nəticəsini qanuni hesab edir və Azərbaycan xalqının böyük etimadını qazanaraq Prezident seçilən İlham Əliyevi qələbə münasibətilə təbrik edirik.

İnanırıq ki, xalqımızın doğru seçim etdiyi öz müsbət nəticələrini qısa zamanda göstərəcəkdir”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur