Braziliyalı əfsanəvi “Formula 1” sürücüsü Vilson Fittipaldi Junior cümə günü 80 yaşında Sao Pauloda vəfat edib.
Publika.az xəbər verir ki, o, dekabr ayında boğularaq ürək tutması keçirib. Bundan sonra xəstəxanaya yerləşdirilib.
Əfsanəni avtoidmanla məşğul olan böyük bir nəslin ağsaqqalı kimi də təqdim etmək olar. Onun oğlu “Formula 1”-də yarışan Kristian Fittipaldidir. Vilsinho eyni zamanda, müvafiq olaraq F1-də “Haas”ın ehtiyat pilotları və F2-də “Karlin”in keçmiş sürcüləri olan Emmo Fittipaldinin əmisi və Pietro və Enzo qardaşlarının isə böyük dayısı idi.
Vilson 2023-cü il Miladdan bəri San Paulonun cənubundakı xəstəxanada idi. Keçmiş “Formula 1” sürücüsü yemək zamanı bir parça ətdən boğulub. Bu an ürəyi dayanıb və dərhal xəstəxanaya yerləşdirilib, Yanvarın 16-da reanimasiya şöbəsindən palataya köçürülüb.
Keçmiş pilot bu gün doğma şəhəri Sao Pauloda dəfn edilib. Onun xatirəsi bütün avtoidman yarışda yad edilib. Xüsusi ilə vətəni Braziliyada. Onun vəfatı ölkə idmanı üçün böyük itki hesab edilir.
Vilsinyo kimi tanınan sabiq pilot braziliyalılar üçün müqəddəs hesab edilən milad günlərində -1943-cü ilin dekabrın 25-də anadan olub. Avtomobil yarışlarını işıqlandıran atası “Baron” ləqəbli Uilson Fittipaldinin işindən ilhamlanan oğul tez bir zamanda dünyanı sürücü olub. F1-dən savayı Vilsinyo digər yarışlarda iştirak edib.
Vilsinyo, Formula 1-də cəmi 3 mövsüm keçirsə də, qardaşı Emerson ilə birlikdə bu günə qədər sözügedən kateqoriyada yeganə Braziliya komandası olan “Kopersukar”ı qurub.
O, son yarışına 2008-ci ildə 65 yaşında qardaşı ilə birlikdə çıxıb. Braziliya üzrə GT3 çempionatında mübarizə aparıb. Son layihəsi isə “Formula Vee” təşkilatı olub.
Vilson Fittipaldi ömrünün son illərində səhhətində ciddi problemlər yaşayıb. 2019-cu ilin noyabrında keçmiş sürücü Parkinson xəstəliyini müalicə məqsədilə beyin əməliyyatı keçirib. Bir neçə ay sonra o, qanaxma səbəbindən yenidən əməliyyatı olunub.