"Birləşmiş Ştatlar Tayvanın müstəqilliyini dəstəkləmir".
Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.
Bundan bir qədər əvvəl, adanın Çindən müstəqilliyini müdafiə edən Tayvanın Demokratik Tərəqqi Partiyasının namizədi Lai Qingde 40,05% səslə administrasiya rəhbəri seçkilərində qalib gəlib. O, Çin hakimiyyətini Tayvan boğazındakı yeni vəziyyəti tanımağa çağırıb.
Daha sonra Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri üzrə Ofisinin rəsmi nümayəndəsi Çen Binhua bildirib ki, Çin Tayvanın müstəqilliyinə nail olmağa yönəlmiş hərəkətlərə qəti şəkildə qarşı çıxacaq.
Hüseyn İbadlı