Kayla Simmons yenidən sosial medianın diqqətini cəlb edib.
Publika.az xəbər verir ki, dünyanın ən seksual voleybol ulduzu adlandırılan Kayla “Maxim” tədbirində qırmızı xalçada iştirak edib. O, dar, tünd rəngli paltar geyinməklə gecənin simasına çevrilib.
23 yaşlı ulduz paltarın bir neçə şəklini İnstaqram hekayəsində paylaşıb. Kaylanın 1 milyondan çox izləyicisi var və bir sıra qlamur görüntülər yayımlayır. O, güzgü qarşısında poza verərək rəqs etdiyi bir neçə videosunu da paylaşıb.
Keçmiş idmançı tez-tez izləyicilərini qaynar foto və görüntülərlə sevindirir. O, bu yaxınlarda Cenevrə, Paris, Nitsa, Tokio və Havay adalarını gəzərək səyahət vloqu çəkib, həmçinin çimərlik paltarı selfisinə bir neçə səmimi şəkil əlavə edib.
Kayla bir vaxtlar Marşall Universitetində voleybol oynayıb. Amma indi sevimli idman növündən uzaq düşüb. O, peşəsini dəyişib və həm model, həm də sosial media fenomeninə çevrilib.