28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Üz temperaturu bu xəstəlikləri müəyyən edə biləcək

04 iyl 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Alimlər müəyyən ediblər ki, üz temperaturu insanın yaşını, yüksək qan təzyiqi və diabet kimi xəstəliklərini müəyyən edə bilir.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Cell Metabolism” jurnalında dərc olunub.

Həkimlər 21 yaşdan 88 yaşa qədər 2800 çinli xəstənin üz temperaturunu müşahidə ediblər. Yaşlı iştirakçılar gənclərə nisbətən daha soyuq burun və daha isti göz kölgəsinə malik olub. Hipertoniya ilə əlaqədar yanaqlar daha isti olub. Şəkərli diabet və qaraciyər yağlanması da daxil olmaqla metabolik pozğunluqları olan insanların göz bölgələri yaşıdlarına nisbətən daha isti olub.

Alimlər 23 xəstədən hər gün 800 ip atlamalarını tələb ediblər. İki həftədən sonra onların "termal yaşı" 5 il azalıb.

Müəlliflər üz temperaturunun ürək xəstəlikləri və yuxu pozğunluğu ilə əlaqəli olub-olmadığını araşdırırlar. Alimlərin kəşf etdiyi temperatur fərqlərini toxunmaqla hiss etmək çətindir, ona görə də onlar süni intellekt və istilik xəritələrindən istifadə ediblər.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur