Dönərdən kütləvi zəhərlənmə: 15 nəfər...
Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.
Bu barədə QÜTB.AZ-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onlardan 5-i uşaqdır:
“Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir”.