Mərkəz müdafiəçisi Rafael Varan "Komo" ilə müqavilə imzalayacaq.
Publika.az xəbər verir ki, tərəflər 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə ilə bağlı razılaşma əldə ediblər. Bu barədə Fabritsiio Romano məlumat verib.
31 yaşlı Varan Fransa millisi ilə 2018-ci ildə dünya çempionu, "Real" ilə isə Çempionlar Liqasının dördqat qalibi olub. O, bu yay "Mançester Yunayted"dən ayrıldıqdan sonra azad agent idi.
Qeyd edək ki, ötən mövsüm Sesk Fabreqasın rəhbərliyi altında "Komo" B seriyasında 2-ci yeri tutaraq İtaliyanın elit divizionuna yüksəlib.
Heybət