"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "talkSPORT"un versiyasına görə 21-ci əsrin ən yaxşı oyunçusu seçilib.
QÜTB.AZ xəbər verir ki, ilk beşliyə 37 yaşlı argentinalıdan əlavə portuqaliyalı Kriştiano Ronaldo, braziliyalı Ronaldinyo, fransız Zinəddin Zidan və ispan Andres İnyesta daxil olub.
Xorvatiya millisinin sabiq kapitanı Luka Modriç 14-cü, "Real"ın hücumçusu Kilian Mbappe isə 23-cü yeri tutub.
Messi 2023-cü ilin yayında MLS-də çıxış edən "İnter Mayami"yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. 2022-ci ilin dekabrında Messi Argentina millisi ilə dünya çempionu olub. O, millinin heyətində də 100-dən çox qol vurub.
Hüseyn İbadlı