Keçmiş Amerika kəşfiyyatçısı Scott Ritter ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın istefası ilə bağlı yeni təfərrüatları açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Ask The Inspector" "YouTube" kanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Nuland ABŞ prezidenti Co Bayden administrasiyasının Ukrayna ilə bağlı rəsmi siyasəti ilə fikir ayrılığına görə istefa vermək qərarına gəlib.
“Onun ABŞ-ın Ukraynaya münasibətdə necə davranmalı olduğumuza dair baxışı artıq reallığa uyğun gəlmir, hətta Bayden administrasiyası bunu anlamağa başlayıb”, - o deyib.
Ritter qeyd edib ki, Nuland Kiyevə yardım göstərən ölkələri Rusiya və Ukrayna münaqişəsi ilə bağlı getdikcə daha düz və sərt bəyanatlar verməyə sövq edib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Nulandın tezliklə istefaya getdiyini açıqlamışdı.
Ehtimallı səbəblərdən biri Nulandın ritorikası ilə Rusiyayla münasibətlərin hazırkı reallıqları arasında uyğunsuzluq səbəbindən Ağ Evlə fikir ayrılıqlarıdır.
Hüseyn İbadlı