“Atletiko” UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Publika.az xəbər verir ki, Dieqo Simeonenin baş məşqçisi olduğu komanda buna “İnter”ə 1/8 final mərhələsinin cavab matçında penaltilər seriyasında qalib gəlməklə nail olub. Madrid təmsilçisi bu turnirdə “lotereya”da üç qələbə qazanmağı bacaran ilk klub olub.
Qeyd edək ki, səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan “Atletiko” evdə qalib gəlib – 2:1. Paytaxt klubu penaltilər seriyasında 3:2 hesablı qələbəyə sevinib.
Heybət