19.04.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Bu gün "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək

19 apr 2025 10:00
İDMAN
ads

Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

 

Qutb.az xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionu keçiriləcək matçı Elçin Məsiyev idarə edəcək.

 

Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Cari mövsümün başa çatmasına 6 tur qalmış Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.

Günün daha bir oyununda isə "Sabah" "Səbail"lə qarşılaşacaq. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 17:30-da başlayacaq.

Turnir cədvəlində "Sabah" 36 xalla beşinci sırada yer alıb. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur

19 aprel

17:30. “Sabah” – “Səbail”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

"Bank Respublika Arena"

20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: Kamal Umudlu.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur