31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Avropada bu dillər yox olur: ŞOK SƏBƏBLƏR

04 mar 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Avropanın ən qədim dili hesab edilən breton, friz və bask da daxil olmaqla mədəni sərvətlər yox olmaq təhlükəsi altındadır. Hesabatlar göstərir ki, qitədə yaşlanma və aşağı doğum nisbətləri də riski artırır. Kontinental Avropada 40 dil risk altındadır.

Publika.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə yerləşən, Avropa İttifaqına (Aİ) yaxınlığı ilə tanınan Aİ qurumlarının “Parlament” nəşri qitənin ən qədim dillərinin getdikcə yoxa çıxdığını yazıb. Nəsli kəsilməkdə olan dillərə breton (Fransa), furlan (İtaliya), friz (Niderland, Almaniya və Danimarka) və bask (İspaniya və Fransa) daxildir.

Avropanın köhnə yerli dillərinin yoxa çıxmasının ən mühüm səbəbləri bu dillərdə danışan insanların qocalması və bütün qitədə doğum nisbətinin hər il azalmasıdır. Fransa Mədəniyyət Nazirliyinin məlumatına görə, ölkədə breton dilində danışanların sayı 600 min nəfərdir. Bu insanların əksəriyyəti Fransanın şimal-qərbində yerləşən Brittani bölgəsində yaşayır. İtaliyada frizcə danışanların sayı 526 min nəfərə, Niderland, Almaniya və Danimarkada frizcə danışanların sayı isə 500 min nəfərə qədər azalıb.

Avropada qədim dillərlə bağlı yeni qəbul edilmiş qanunlara etirazlar davam edir. İki ay əvvəl Fransanın Bask bölgəsində icbari dil təhsilinə qarşı izdihamlı etiraz aksiyası keçirilib. Bask dilinin özəlliyi ondan ibarətdir ki, əksər dilçilər onu Avropanın ən qədim dili hesab edirlər. Avropada bask dilində danışanların sayı 700 min nəfəri keçmir.

Aİ qurumlarının məlumatlarına görə, qitədə “köhnə dil” statusuna malik 60 regional və azlıqların dili var. Bu dillərin əhəmiyyətli hissəsinin yaxın gələcəkdə danışanların sayının azalması və tədrisi üçün ayrılan kifayət qədər büdcənin olmaması səbəbindən yox olacağı düşünülür.

Keçən il UNESCO-ya bağlı Çoxdillilik üzrə Dil Siyasətləri Mərkəzinin rəhbəri Dr. Vinsent Kliment-Ferrandonun hazırladığı hesabatda da oxşar nəticəyə gəlinib. Hesabatda bildirilir ki, Avropa Komissiyası və Milli hökumətlər Avropanın qədim dillərini qorumaq və yaşatmaq üçün kifayət qədər büdcə və siyasi iradə vermirlər.

Avropada yox olmaq üzrə olan dillər üçün çalışan qeyri-hökumət təşkilatları da araşdırmalarını davam etdirir. Bu birliklərdən biri olan Nəsli kəsilməkdə olan Dillər Layihəsinin (ELP) məlumatlarına görə, Avropanın 40 ölkəsində yox olmaq təhlükəsi altında olan qədim dillər var.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur