"Qarabağ" klubu bu gün Avstriyanın Tirol bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyunu keçirəcək.
Publika.az xəbər verir ki, Ağdam klubu ilk görüşdə Xorvatiya təmsilçisi "Slaven Belupo" ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
"Köhlən atlar" günün ikinci sınaq matçında BƏƏ-nin "Əl-Şabab" klubu ilə qarşılaşacaq. Bu görüş isə saat 19:00-da keçiriləcək.
Bununla "Qarabağ"ın Tiroldakı toplanışı başa çatacaq.
Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivləri (2:1) ilə üz-üzə gəlib.
Heybət