Rusiya və Çini bombalamaqla hədələdikdən sonra Donald Tramp prezidentliyə layiq deyil.
Publika.az xəbər verir ki, bu fikri ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skot Ritter "X" sosial şəbəkəsində paylaşıb.
"Əgər seçkiqabağı vədləriniz Rusiya və ya Çini bombalamaqdan ibarətdirsə, bağışlayın Donald, siz ABŞ prezidenti ola bilməzsiniz", - o deyib.
Ritterin fikrincə, belə bəyanatlardan sonra Tramp seçki yarışından kənarlaşdırılmalıdır.
Xatırladaq ki, ötən gün Amerika mediası Trampın "Prezident olsam, Moskva və Pekini bombalayacağam" fikrini yazmışdı.
Adəm Abbaslı