28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

İtini gəzdirərkən 70 milyon illik titanozavrın skeletini tapdı

12 mar 2024 01:00
GÜNDƏM
ads
Advertisement

Fransa sakini Damien Boçetto itini gəzdirərkən təsadüfən 70 milyon illik titanozavrın bütöv skeletini tapıb.

Publika.az xəbər verir ki, Boçhetto 2022-ci ilin may ayında iti Muffin ilə Fransanın cənubundakı Crusi kəndindəki evinin yaxınlığında Montoulier meşələrində gəzərkən nəhəng fosilin fraqmentlərinə rast gəlib.

O bildirib ki, dinozavr skeletini uçurumun kənarında baş verən sürüşmə nəticəsində sümükləri üzə çıxararaq kəşf edib.

25 yaşlı Boçetto və Krusi Muzeyindəki Arxeoloji və Paleontoloji Mədəniyyət Dərnəyinin üzvləri skeletin qazılıb götürülməsi üçün iki il vaxt sərf ediblər.

Boçettonun tapdığı bitki yeyən dinozavrların növü, titanosaurs, çox uzun boyunları ilə tanınıb. Onlar 145-66 milyon il əvvəl davam edən Təbaşir dövründə yaşayıblar.

Fosil hazırda Crusi muzeyində ictimaiyyətə nümayiş etdirilir.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur