Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço Çempionlar Liqasının yarımfinalı çərçivəsində baş tutan PSJ ilə ilk oyunda (1:0) 12 uğurlu driblinq edib.
Publika.az xəbər verir ki, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Sanço qitənin bir nömrəli klub turnirinin tarixində ingilis futbolçular arasında ən uğurlu driblinq rekorduna imza atıb. Bu, "Opta"nın 2003/04 mövsümündən hesablamağa başladığı statistikaya əsasən ortaya çıxıb.
O, həm də 2008-ci ildən bəri ÇL-in yarımfinal matçında uğurlu driblinqlərdə ən yaxşı nəticəni göstərib. Sonuncu dəfə Lionel Messi "Barselona"nın heyətində "Mançester Yunayted" oyunçularının başını 16 dəfə gicəlləndirmişdi.
Heybət