Amerikalı sahibkar İlon Mask bu dəfə Teslanın elektriklə işləyən “Cybertruck” pikapı ilə gündəmdədir.
Publika.az xəbər verir ki, bəzi sürücülər 60 min 990 dollara aldıqları bu nəqliyyat vasitəsinin yağışda paslandığını deyirlər.
Ultra sərt paslanmayan polad gövdəyə sahib olaraq təqdim edilən avtomobilin istifadəçilər tərəfindən xüsusilə yağışda və soyuq havada korroziyaya uğradığı iddia edilib.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, "Cybertruck" sahiblərindən biri yaşadığı problemdən sonra Tesla ilə əlaqə saxlayıb. Şirkət təmirə razılıq verib.
Roza