Bizim üçün çox ağır məğlubiyyətdir.
Publika.az xəbər verir ki, bunu "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliyada "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "Sport TV"yə açıqlamasında deyib.
Mütəxəssis komanda olaraq bir araya gəlməli olduqlarını bildirib: "Dərhal bunu tətbiq edəcəyik. Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. Bu, istədiyimiz nəticə deyil. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür".
Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışıb: "Onları başa düşürəm. Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm. Daha çox çalışmalıyıq və iş görməliyik. Fanatlarımızın bizim yanımızda olmasını istəyirik".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.