Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı magistral yolda tıxac yaranıb. Təxminən bir saata yaxın avtomobillərin hərəkəti qəza səbəbindən məhdudlaşıb.
Milli.Az APA-ya istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayon Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin yanacaq daşıyan digər bir avtomobillə toqquşması nəticəsində hadisəyə səbəb olan yük avtomobili əks istiqamətdə hərəkətdə olan və "Azərpoçt" MMC-yə məxsus avtomobilin qarşısına çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.
Qeyd edək ki, qəza səbəbindən magistral yolda böyük tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb ediliblər və hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun