Daxili İşlər Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə resQutb.aznın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə gündəlik olaraq nəzarət-profilaktik tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən QÜTB.AZ-a bildirilib ki, tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməməsi) və 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) maddələrinin tələblərinə əməl etməyən fiziki, hüquqi və vəzifəli şəxsin müəyyən edilərək barələrində müvafiq tədbirlər görülməsi diqqətdə saxlanılır.