04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Azan əsgərimiz İrəvanda həbs edildi: Ağlasığmaz ittiham

29 fev 2024 07:00
GÜNDƏM
ads

Ötən gün Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək Ermənistan tərəfə keçən Ruslan Pənahov Ermənistanda həbs edilib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri ilə ittiham irəli sürülüb.

Sözügedən maddələr “təxribata cəhd”, “başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd”, o cümlədən “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozma”nı nəzərdə tutur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur