"McDonald's"ın baş direktoru Chris Kempczinski Yaxın Şərqdə anti-İsrail boykotunun satışlarına ciddi təsir etdiyini söyləyib.
Publika.az xəbər verir ki, Kempczinski öz sosial media paylaşımında restoranlar şəbəkəsinə qarşı boykot kampaniyasının "dezinformasiyaya əsaslandığını" iddia edib.
Qəzza müharibəsi başladıqdan sonra "McDonald's" və "Starbucks" da daxil olmaqla bir sıra brendlər İsraillə əlaqəli olduqları iddiası ilə boykot kampaniyalarının hədəfinə çevriliblər.
Boykot kampaniyalarının təsiri ən çox Misir, İordaniya və Malayziyada hiss edilib.
Kempczinski bildirib ki, boykot elanından sonra "McDonald's"ın səhmlərində kəskin ucuzlaşma müşahidə olunub.
Roza